Nazirlər Kabineti tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarının təsdiq edilməsi barədə qərar qəbul edib.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarının təsdiq edilməsi barədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti "Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını təsdiq edib.