Bu gün Şəkidən 24 km şimal-qərbdə, Şəki rayonu ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 10:12-da qeydə alınan zəlzələ hiss olunmayıb.
18 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3 olub.