Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə maddi dəstəyin hansı müddətdə veriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Dövlət Komitəsindən unikal.org-a verilən məlumata görə, 2018-ci il üçün ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğu üçün din xadimləri ilə müqavilə də bu müddətə bağlanacaq və dekabr ayında başa çatacaq.
Bildirilib ki, gələcəkdə müqavilənin müddəti uzadıla bilər.