Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində ötən günün mübahisəli buraxılışının ardı tamaşaçılara təqdim edilib.
Unikal.org xəbər verir ki, Nəsimi rayonu Alı Mustafayev küçəsində yaşayan sakinlər kafelərin əlindən təngə gəliklərini bildiriblər. Şikayətçilər Space Tv-yə müraciət ediblər. Araşdırmalardan sonra teleaparıcı Amil Xəlil adı çəkilən kafelərə yollanıb. Kafelərdə ciddi təziqlərə məruz qalan aparıcıya ərazidəki polis əməkdaşları köməklik edib. "Qarabağ" kafesinin sahibi kameraya ziyan vurur.
Bununla kifayətlənməyən kafe sahibləri telekanalın əməkdaşlarını təhdid etməyə başlayıblar: "Yaxşı edirik. Gedin kimə deyirsiz, deyin!"
Jurnalistlərə hücum edən şəxs polis əməkşaları tərəfindən bölməyə aparılır.
Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Bu axşam saxta dərmanlardan danışılacaq və maraqlı reyd tamaşaçılara təqdim ediləcək.