Qəbələ rayonu Vəndam bələdiyyəsinə məxsus torpaqda yaş köküstə 3-16 santimetr diametrində müxtəlif cins ağac və kollar qanusnuz kəsilərək məhv edilib.
Unikal.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, nəticədə ərazidə münbit torpaq qatı da korlanıb. Araşdırma zamanı hadisəni törədən şəxsin Vəndam kənd sakini Şahnəzərov Kənan Zakir oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Şahnəzərov Kənan Zakir oğlu barəsində akt tərtib edilib və təbiətə dəymiş 13 min 104 manat 52 qəpik ziyan hesablanıb.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından K.Şahnəzərovun müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.