"Bütün dünyada olduğu kimi Azərbaycanda da saxta dərman satışı halları qeydə alınır. Buna qarşı da daim mübarizə aparılır".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməliyyatları saxta dərman satanlara qarşı zərbə olacaq: "Onlara tövsiyəmiz odur ki saxta dərman satışı ilə məşğul olmasınlar. Çünki bu, insan sağlamlığı üçün çox ziyanlıdır. Kimsə bu fəaliyyətini davam etdirəcəksə onlar ciddi cəza alacaqlar".
Ə.Əhmədov qeyd edib ki, saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir.