"BakuBus MMC avtobuslarında "Uşaq Qaynar Xətt" xidmətinin məlumat lövhələrini reklam etmək istəmir.
Bu sözləri Unikal.org-a "Ümidli gələcək Gənclər Təşkilatının icraçı direktoru, Uşaq Hüquqları üzrə Azərbaycan QHT-lərinin Alyansının nümayəndəsi Kəmalə Aşumova bildirib.
O vurğulayıb ki, "Uşaq Qaynar Xətt" xidmətinin nömrələrini reklam etmək üçün, dəfələrlə rəsmi məktub ünvanlamaqlarına baxmayaraq, "BakuBus MMC indiyənədək sözügedən müraciə cavab verməyib: "Sözügən qurum ən azı rəsmi məktubumuzu cavablandırmalı idi. Onlar təklif etdiyimiz xidməti göstərmələri üçün bizə nə "hə, nədəki, "yox cavabı verməyiblər. Halbuki, "BakuBusun avtobuslarında reklamlar yerləşdirilir. Sosial reklam olaraq "Uşaq Qaynar Xətt" xidmətinin əlaqə nömrələrini yayımlamaq istəmədilər. Kəmalə Aşumova əlavə edib ki, bu istiqamətdə yalnız "Bakı Metropoliteni QSC, Bakı Nəqliyyat Agentliyi onlara dəstək olur: ""Bakı Metropoliteni QSC stansiyalarında, Bakı Nəqliyyat Agentliyi Suraxanı, Sabunçu, Xəzər rayonlarına işləyən avtobuslarında "Uşaq Qaynar Xətt" xidmətinin məlumat lövhələrini yerləşdirib. Bəzi avtobusların monitorlarında qaynar xəttimizin əlaqə nömrəsi də yayımlanır.
Təşkilat rəhbəri "Uşaq Qaynar Xətt" xidmətinin məlumat lövhələrinin reklam edilməsinin vacibliyini açıqlayıb: "Fəaliyyət göstərdiyi 2010-ci ildən bu günədək "Uşaq Qaynar Xətt" xidmətinə 33 mindən çox müraciət daxil olub. Bu müraciətlərin sayı daha çox ola bilərdi. "Ümidli gələcək Gənclər Təşkilatı olaraq biz daha çox uşaqlara xidmət göstərmək istəyirik. Amma təəssüflər olsun ki, "Uşaq Qaynar Xətt" xidməti ilə bağlı məlumat az olduğundan bəzi uşaqlar hüquqlarının pozulması barədə bizi tapa bilmirlər.
Xatırladaq ki, Uşaqlar qaynar xəttə istənilən problemlərlə bağlı müraciət edə bilərlər. Bu qurum uşaqlara yardım məqsədilə yarandığından zənglər pulsuzdur. "Qaynar Xətt" xidmətinin nömrələri isə 012 480-22-80, 051 880-11-80, 050 680-22-80-dir. Eyni zamanda, bizə şəhərdaxili nömrələrdən edilən zənglər də pulsuzdur. Uşaqlar hansısa problemlə qarşılaşdıqda şəhərdaxili nömrəyə saat 9:00-dan 18:00-a kimi zəng vura bilərlər. Mobil nömrələr isə günün istənilən saatında açıqdır.