31 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez arasında tanışlıq görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində Fransa təcrübəsinin öyrənilməsi, iki ölkə arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətin təşkili və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.