"Azərbaycanda işçi qüvvəsinin 48,6 faizini qadınlar təşkil edir".
Unikal.org-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında çıxışında deyib. Nazir bildirib ki, Azərbaycanda işçi qüvvəsinin tərkibində qadınlar 48,6 faiz, məşğul əhalinin tərkibində isə 48,1 faiz təmsil olunurlar: "Azərbaycanda hər 100 təhsil alana orta hesabla 47 qadın düşür. Bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti qadındır. Qadınlar həm seçkili, həm də idarəetmə və məhkəmə orqanlarında kifayət qədər təmsil olunurlar".