Azərbaycan Dövlət Reklam Agentliyinə məxsus avtomobillər qadağan olunmuş ərazidə avtomobillərini saxlayır.
Unikal.org-un əldə etdiyi məlumata görə, agentliyə məxsus 10-na yaxın maşın hər gün "İçərişəhər" metrosunun yaxınlığında piyadalar üçün nəzərdə tutulmuş ərazidə parklanırlar. Baxmayaraq ki, həmin ərazinin yaxınlığında avtomobil saxlamaq üçün xüsusi dayanacaqlar var. Dövlət qurumunun qaydaları bu cür pozması isə ərazidən keçən piyadaların haqlı narazılığına səbəb olur.
*** 11:08
Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Unikal.org-a açıqlamasında bildirib ki, yanlışlıq qısa müddətdə aradan qaldırılacaq:
"Ərazidə olan gözətçi avtomobilləri doğru istiqamətləndirmədiyi üçün sürücülər maşınları orada saxlayıblar. Artıq məsələ agentlik tərəfindən nəzarətə götürülüb. Sabahdan etibarən avtomobillər orada dayanmayacaq. Sürücülər arxa tərəfdə yerləşən dayanacağa yönəldiləcək".
Famil Fərhadoğlu