Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab və Almaniyanin "KFW" bankının nümayəndələri arasında tanışlıq görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində indiyədək görülən işlər və gələcək əməkdaşlıq planları müzakirə edilib.