Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb.
Unikal.org xəbər verir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: "Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib.
Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.