Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsindən istefa verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.

Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.