Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiyanın prezidenti seçkisi başlayıb.
Unikal.org xəbər verir ki, bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.
Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, AMEA prezidenti akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.