Bu gecə Xırdalan şəhərinə və Masazır qəsəbəsinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranacaq.

"Azərişıq"dan Unikal.org-a daxil olan məlumata görə, gecə saatlarında Masazır stansiyasında yerləşən Əlağa Vahid yarımstansiyasında təftişlə əlaqədar Xırdalan şəhərinin bir hissəsinin və Masazır qəsəbəsinin enerji təchizatında qısamüddətli (01:30-dan 02:00-a qədər) fasilə yaranacaq.

"Azərişıq" ASC yaranmış vəziyyətə görə istehlakçılardan üzr istəyir.