Qoç - Leda və Tefeyanın münasibətləri nəyin bahasına olursa-olsun, irəliləyişə və uğura nail olmağa çalışacağınız günü vəd edir.
Situasiyanın istənilən vasitədən yararlanmağı tələb etdiyini düşünə bilərsiniz. Amma belə davranış sizə yeni problemlər yaradacaq, çünki intriqa məharətiniz yoxdur. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.
Sözünüzün üstündə durun. Halbuki o vədə sonradan təəssüflənə bilərsiniz.
Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür.
Əks cins mənsubu ilə münasibətlər yaxşı alınacaq.

Buğa - Umbriel və Lisiteyanın münasibətləri uğursuz emosional fonlu gün vəd edir. Əhval-ruhiyyəniz stabil deyil. Sizi təbdən çıxarmaq üçün ən cüzi məsələ yetər.
Xırdalıqlar və təfərrüatlara görə narahat olaraq mühüm məqamı gözdən qaçırmayın. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Asan olmasa da, münaqişəyə yol verməyin.
Önəmli maliyyə və əmlak məsələlərini həll edin. Biznes və sövdələşmələr üçün uğurlu gündür.
İşgüzar danışıqlar uğurla başa çatacaq.

Əkizlər - Mimas və Hiperionun münasibətləri sizə yaxşı gün vəd edir. Günün uğurları təsadüfi deyil. Onlar zəhmət və əzmin sonuclarıdır.
Fiziki iş sizə həzz verəcək. Lakin belə işə başlamazdan əvvəl nəyi necə edəcəyinizi müəyyənləşdirin. Dəqiq fəaliyyət planı olmadan vaxtınızı hədər xərcləyəcəksiniz.
Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər.
Əgər enerjinizi sərf etməyə yer tapmırsınızsa, onu dinc məcraya yönəldin. Aqressiv, impulsiv və sərt davranmayın.
Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın.

Xərçəng - Amalteya və Fobosun münasibətləri nikbin gün vəd edir. Problem yarana bilər, amma ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaq, məqsədinizi reallaşdıracaqsınız.
Həmin uğurlu günün nə zaman olacağı isə sizin qətiyyət və əzminizdən asılıdır. Əvvəllər sizinlə bağlı neytral mövqe tutan və hətta bədxahlarınızı dəstəkləyən insanlar indi müttəfiqinizə çevriləcəklər.
Ailə üzvləriniz və yaxınlarınızın əhvalını yüksəldin, onların ruh düşkünlüyünə qapılmasına imkan verməyin. Ailədə hüzur və harmoniya sizdən asılıdır.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.

Şir - Serera və Neptunun münasibətləri günün ilk yarısında itki, kiçik münaqişə vəd edir. Bu problemlər sizi ciddi narahat etməməlidir. Yaxın ətrafınızdakı insanların tənqidlərinə və açıqlamalarına çox sərt, aqressiv reaksiya verməyin.
Umu-küsü və incikliyin real səbəbi olmaya bilər. Reaksiyanızı nümayiş etdirməməyə çalışın. Əks təqdirdə sonradan peşman ola bilərsiniz.
Sizə əziz insanlarla ünsiyyətdə problemlər yarana bilər. Uzaq səfərlərə yollanmaq məsləhət deyil.
Axşam saatlarında ehtiyatlı olun.

Qız - Pluton və Marsın münasibətləri günün ilk yarısının uğurlu olacağını vəd edir. Baş verən olaylara rəğmən, əhvalınız yaxşı olacaq. Lakin qələbənizə həddən ziyadə inanaraq xırdalıqlar və detalları nəzərdən qaçırmayın.
Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əzmli və qətiyyətli ola biləcəklər.
Qeyri-standart həllər, hətta özünüzü belə, təəccübləndirəcək qərarlar günüdür. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoya bilər.
Ailə işləri, yaxınlarınız üçün dəyərli olan məsələlərin həlli üçün əlverişli gündür.

Tərəzi - Haumea və Yerin münasibətləri istənilən yaradıcı proseslər üçün uğurlu gün vəd edir. Yaxşı ideyalar və fantaziya qıtlığından şikayətlənməyəcəksiniz.
Qəfil təkliflər istisna deyil. Təklifləri qəbul etsəniz, qiymətli təcrübə əldə edə bilərsiniz. Yeni tanışlıqlar qazanmaq olar. İnsanlarla asanlıqla dil tapın, onları dürüst dəyərləndirin.
Səfər, gəzinti, maraqlı yerlərə baş çəkmək üçün əlverişli gündür.
Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Ağrı, xroniki problemin fəsadlaranının üzə çıxması istisna deyil.
Orqanizmi gücə salmayın.

Əqrəb - Makemake və Veneranın münasibətləri sizdən günün ilk yarısında ehtiyatlı davranmağı tələb edir. Səhv etmək asan, onun nəticələrini aradan qaldırmaq isə çətindir.
Kimə etibar etmək, kiminlə də etinasız davranmaq gərəkdiyini müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlardan birisinin sifətində maska var. Amma o maskanın arxasında hansı sima olduğunu bilmirsiniz.
İntuisiyanız həmişəki kimi, kəskin deyil. Qərar qəbul etmək asan deyil.
Günün ikinci yarısı daha uğurlu olacaq.
Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Məhsuldar, əzmkar, inadkar şəkildə çalışın.
Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür.

Oxatan - Erida və Merkurinin münasibətləri başladığınız işlərdə uğurlar vəd edir. Tam yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, qətiyyət və əzm nümayiş etdirəsiniz. Sürəkli, ağır işə hazır olun. Ağır fiziki iş istisna deyil.
Təmir və ya tikintiyə başlamaq, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq mümkündür.
Görüşlər xoş ola bilər. Maraqlı tanışlıqlar istisna deyil.
Tanımadığınız insana etibar etməyin.
Günün ikinci yarısında başlayacaq münasibətlərin uzunmüddətli perspektivi olmayacaq.

Oğlaq - Mars və Eridanın münasibətləri sizdən qıcıqlı, hirsli olmamağı tələb edir. Emosiyaları tamamən nəzarətdə saxlamaq mümkün olmasa da, buna can atın.
Emosiyalar sizə yaxın olan insanlarla münasibətlərinizə ağır zərbə vura bilər. Dürüst qərar qəbul etmək çətindir.
Yaxın ətrafınızdakı insanlar sizdən soyuqqanlı, təmkinli davranış gözləyirlər. Bu məziyyətləri nümayiş etdirməsəniz, onlar pərişan ola bilərlər.
Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll etmək olacaq.
Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab ala bilərsiniz.
Zədə və travma riski var.
Fiziki iş, sürəkli gəzintidən imtina edin.

Dolça - Saturn və Veneranın münasibətləri istənilən faydalı işi məsləhət bilir. Sizin üçün çətin işlər yoxdur. Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz.
Əsas məsələ emosiyalarınızı nəzarətdə saxlamaqdır. Çünki bu gün məhz emosiyalar sizə mane ola bilər. Yaxın ətrafdakı insanların hisslərinə mütləq diqqət yetirin. Əks təqdirdə münaqişələr yarana bilər.
Yeni tanışlıqlar üçün əlverişli gündür. Bu gün qarşılaşdığınız adamların bəziləri sizə sonradan faydalı ola bilər.
Maliyyə durumu stabil deyil. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər.

Balıqlar - İmpulsiv, emosiyaların təsiri altında davranmayın. Hansısa addımı atmazdan əvvəl düşünün. Baş verənlərə yüksək sürətlə reaksiya verin, ətrafınızdakı insanları qabaqlayın. Lazımlı vaxtda lazımlı yerdə olun.
Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar yaxşı heç nə vəd etmir.
Dost və ya qohumla fikir ayrılığı ola bilər. Ümumi mülkiyyət, şərikli maliyyə məsələlərinə görə münaqişə də istisna deyil.
Günün ikinci yarısında halsızlıq ola bilər.
Səhhətinizə fikir verin. Yuxusuz qalmamaq üçün streslər məngənəsindən qurtulun.

Milli.Az