"Azərkosmos ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.
Unikal.org quruma istinadən xəbər verir ki, bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.
Xatırladaq ki, D. Qəhrəmanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin "Riyaziyyat-Mexanika fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında "Azərkosmosun Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.
R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, "İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında "Azərpoçt MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə "Azərkosmosda korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında "Azərkosmosun sədr müavini vəzifələrində işləyib.