Bakıda fəaliyyət göstərən "Kids Studio bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.

Unikal.org xəbər verir ki, bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.

"Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb, - bağçadan bildirilib.

Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.