Azərbaycan prezidenti Belarusda rəsmi səfərdədir
Azərbaycan prezidenti Belarusda rəsmi səfərdədir

Minsk hava limanında Azərbaycan prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko tərəfindən qarşılanıb. Rəsmi qarşılama mərasimindən sonra dövlət başçıları arasında qısamüddətli söhbət olub.
İki ölkə prezidentinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçiriləcək. Tərəflər bütün sahələr üzrə ikitərəfli münasibətləri müzakirə edəcəklər.