Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Bakı buxtası üzərində nümunəvi uçuşları keçirir.

Unikal.org-un xəbərinə görə, nümunəvi uçuşlarda "Solo Türk və "Türk Ulduzları aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri iştirak edir.

Xatırladaq ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycana gəlib.