Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Mahaçqalada səfərdədir.
Unikal.org RİA "Dağıstan"a istinadən xəbər verir ki, nümayəndə heyəti Dağıstanın görkəmli dövlət və ictimai xadimi Maqomedsalam Umaxanovun 100 illik yubileyi münasibətilə keçiriləcək təntənili mərasimlərdə iştirak edəcək.
Mahaçqala hava limanında fəxri qonaqları Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dağıstan hökumətinin sədri Artyom Zdunov, Dağıstanın müftisi şeyx Əhməd-Hacı Abdullayev və başqaları qarşılayıblar.