Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Norveçdə uşaq, mədəni müxtəliflik və sağlam qida naminə «Uşaq və yemək» festivalı ilə tarixi bir uğura imza atıb.
Unikal.org xəbər verir ki, Oslonun mərkəzi Saqene rayonunda təşkil olunan festivalda 15-dən yuxarı ölkəni təmsilçiləri iştirak edib və onlar öz fəaliyyətləri barədə məlumat verib, eyni zamanda milli yeməklərini nümayiş etdiriblər. NAYO-nun baş katibi Əlizamin Cəfərli Azərbaycan gənclərinin Norveçdə daima aktiv fəaliyyətləri ilə seçildiklərini bildirib.
Norveçin işçi partiyasının fəal siyasətçisi və Oslo şəhər şurasının üzvü Yorqen Fos (Jørgen Foss) NAYO-nun bu işdə təşkilatçılığını yüksək qiymətləndirib və festivalın həqiqətən də Norveç cəmiyyətinin aktual məsələsəini bir daha diqqətə çatdırdığını qeyd edib. Daha sonra Oslo Müxtəliflik və İnteqrasiya Departamentinin nümayəndəsi Şaneh Maram Cuf (Channeh Maram Joof) NAYO-nun Oslonun ən aktiv təşkilatlarından biri kimi tanıdığını və fəaliyyətindən çox məmnun olduğunu bildirib. Oslo Azərbaycan Evinin sədri Ramil Aliyev Norveçdəki Azərbaycan diasporunun son bir neçə ayda həyata keçirdiyi üçüncü beynalxalq layihədə 15-dən yuxarı ölkənin təmsil olunmasını böyük üğur hesab edib və bunu diaspor fəaliyyətinin yeni naliyəti kimi qiymətləndirib.
Festivalda 500 artıq insan iştirak edib və onlar Azərbaycan mədəniyyəti və milli yeməklərimiz haqqında məlumat alıblar.
Festival AXC-nin 100 illiyinə həsr edilib.