Milli Məclisin bu gün keçirilən iclasında paytaxtda yollarda görülən işlərdən danışılıb.

Unikal.org-un məlumatına görə, deputat Fəzail Ağamalı Naxçıvan Muxtar Respublikasında yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirərək Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib.

Deputata cavab olaraq spiker Oqtay Əsədov deyi ki, yollarla bağlı heç bir problem yoxdur: "Nə olub ki, Bakının yollarına? Yollarımız çox yaxşı inşa edilir. Düzdür, mən də Sulutəpədə yaşayıram və gedib-gələndə əziyyət çəkirəm. Problem yolun kənarında tikilən evlərlə bağlıdır. Yolun genişləndirilməsi üçün gərək o evlər orda olmasın. İndi bu sahədə iş gedir.