Bakı Beynəlxalq Avtovağzalından dünyanın bir çox ölkəsinə səyahət üçün marşrutlar fəaliyyət göstərir.
Müəyyən edilən qiymətlər isə hər bir vətəndaşın cibinə uyğundur.
Unikal.org-a axar.az-a istinadla xəbər verir ki, bu gün Beynəlxalq Avtovağzaldan dünyanın 33 ölkəsinə birbaşa avtobus gedir.
Bakıdan avtobusla ən ucuz səyahət 12 manatadır ki, bununla da Gürcüstanın Laqodexi və Tiflis şəhərlərinə getmək olar. Ən yüksək qiymətli səyahət isə Bolqarıstanın Sofiya və Rusiyanın Perm şəhərlərinədir. Bu səyahətlərin qiyməti baqajsız 130 manatdır.
Bundan başqa, Rusiyanın Naberejnı Çelna və Nijni Novqorod şəhərlərinə 110, Sankt-Peterburq şəhərinə isə 120 manata getmək mümkünüdür.
Mahaçqalaya 13, Ərdəbil və Telavi şəhərlərinə isə 15 manata bilet əldə etmək olar.
Urmiya 27, Batumi, Məşhəd, Tehran, Həştərxan 40 manat, Kislovodsk 45, Stavropol 47, Təbriz və Nalçik 30, Saratov 70, Ulyanovsk 72, Rostov 80, Krasnodar 83, Samara və Tolyattiyə isə 90 manata səfər bileti əldə etmək mümkündür.
Bursa, İstanbul, Kazan, Kiyev və Moskva şəhərlərinə birbaşa gedən avtobusların qiyməti isə 100 manat təşkil edir.
Qeyd edək ki, gediş haqlarına baqaj qiymətləri daxil deyil. Baqaj qiymətləri gedəcəyiniz şəhərə və biletin qiymətinə əsasən 1,50-15 manat arasında dəyişir.