Bakı-Sumqayıt yolunda davam edən təmir Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayonlararası taksi xidməti göstərən minik avtomobillərinin qiymətinə də təsir edir.
Unikal.org axar.az-a istinadən xəbər verir ki, sözügedən yolda 4 gündür başlayan təmiri bəhanə edən bölgələr üzrə çalışan taksi sürücüləri qiyməti bahalaşdırıb. Artıq 4 gündür 7 manatlıq yola sərnişinlərdən 10 manat tələb edilir.
Xüsusilə sıxlıq və təmir edilən yola girən sürücülər "Şamaxı yolu adlanan əraziyə əvvələr 5 manat tələb etdikləri halda, 4 gündür bu xidmət haqqını 7-8 manata qaldırıblar.
Sərnişinlərin sözlərinə görə, 26 iyundan etibarən Şamaxıya gedən taksilərin qiyməti də adambaşına 10 manat olub. Sürücülər bunu həmin yolda böyük tıxac və sıxlığın olması, bunun da yanacaq sərfiyyatına təsiri səbəbindən etdiklərini bildiriblər. Həmçinin sürücülər təmirə görə tıxacda çox vaxt itirdikləri üçün gündəlik iş rejimlərinə də təsir edir və daha az qazanırlar ki, bunu da sərnişinlərdən çıxarmaq istəyirlər.
Xatırladaq ki, bu gündən etibarən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından "Azadlıq körpüsü deyilən əraziyə qədər olan hissə avtomobil tuneli ilə birgə istifadəyə verilsə də, hazırda Bakı-Sumqayıt yolunda təmir işləri davam edir.
26 iyun tarixindən başlayan işlər təxminən 20 gün davam edəcək.