2 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.
Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Bildirilir ki, lakin iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.