Xarici İşlər Nazirliyi Əfqanıstanda "SilkWay" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama yayıb.
 
Unikal.org bildirir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, qəza ilə bağlı Xarici İşlər Nazirliyi "SilkWay" aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır.
 
Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür.