Ermənistanın Kanadadakı keçmiş səfiri, hazırda siyasi ekspert kimi çalışan Ara Papyan Azərbaycanın  yay aylarında müharibəyə başlayacağını deyib.

Papyan hərbi əməliyyatların qısa müddətli olacağını bildirib.

"İyunun 17-18-də Bakıda "Formula-1" yarışları keçiriləcək, 7-8 iyulda isə Vaşinqtonda NATO-nun sammiti keçiriləcək. Bu aralıqda Azərbaycan müharibə edərək məsələnin müzakirəsini NATO-nu  gündəliyinə salacaq".

Papyanın fikrincə, baş verənlər Roma Papasının Ermənistana səfərinə mane olacaq. Keçmiş səfirin fikrincə, Rusiya Qarabağın Azərbaycan qaytarılmasında maraqlıdır.

"Bununla Kreml Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə şirnikləndirir".(Modern.az)