AXCP-dən İsa Qəmbərə təpki
12:58 31-08-2012
CƏMİYYƏT
AXCP-dən İsa Qəmbərə təpki
Münasibətlər daha da gərginləşir
AXCP-Müsavat münasibətləri get-gedə gərginləşir. Müsavat başqanı İsa Qəmbərin məlum açıqlamasına ilk növbədə müttəfiq olduğu AXCP-dən reaksiya gəldi və İsa Qəmbərin bu addımı razılaşmaların pozulması kimi şərh edildi. Amma müsavat rəhbərliyində olan digər şəxslərdə İsa Qəmbərə dəstək verdilər.
Hətta partiyanın aparat sədri Arif Hacılı bildirdi ki, Əbülfəz Elçibəydən sonra müxalifətin vahid lideri məhz İsa Qəmbərdir. Çox maraqlıdır ki, bu açıqlamalar AXCP-də təlaşla qarşılanır və sanki aldadılmış durumda necə hərəkət edəcəklərini müəyyənləşdirməyə çalışırlar. Çünki bu günə qədər AXCP Müsavatdan fərqli olaraq digər partiyalarla münasibətlərini kəsmiş durumdadır. Məhz buna görə də AXCP hələ ki, gözləmə mövqeyindədir və bu ərəfə də yeni müttəfiq axtarışına başlayıb. Baş verənlərdən hələ ki, bu nəticəni çıxartmaq olar ki, AXCP Rəsul Quliyevlə ittifaqa girsin. Çünki İsa Qəmbərin namizəd olmasına ilk sərt reaksiya elə Rəsul Quliyevdən gəldi. Bununla paralel olaraq AXCP daxilində Müsavata yanaşmada sərtlik ciddi şəkildə artmağa başlayıb. Elə AXCP sədrinin müavini Razi Nurullayevində İsa Qəmbəri az qala hədələməsi buna misaldır. "Biz AXCP olaraq müxalifətin daxili intizamını, daxili birliyini nəyin bahasına olursa-olsun qorumaq yolunu tutmuşuq.
Hətta bu, AXCP-nin özünə ziyan vursa belə, xalqın naminə, 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətin bir olması naminə qarşılıqlı ittihamlardan kənar dururuq. Amma bu, o demək deyil ki, biz bu və ya digər şəkildə səsləndirilən fikirlərlə razılaşırıq. Sadəcə olaraq biz bu məsələləri zamanın öhdəsinə buraxırıq və Müsavat Partiyası ilə də müttəfiqliyimizi davam etdirmək niyyətindəyik". Bunu açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib.
O, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının İsa Qəmbərin müxalifətin lideri, müxalifətin ən layiqli namizədi olması barədə dediklərinə münasibət bildirərkən qeyd edib ki, müxalifət üçün hazırda əsas məsələ bunu müəyyənləşdirmək deyil: "AXCP hələ ki, səbir nümayiş etdirir, çox ciddi şəkildə səbir ortaya qoymuşuq. Bu səbir isə bizə ciddi əsəb, ciddi sarsıntılar hesabına başa gəlir. Amma biz sarsıntılara, açıqlamalara dözürük və dözmək də niyyətindəyik. Hesab edirik ki, bizim müttəfiqlərimiz, dostlarımız da daha mütərəqqi, nizamlı düşünməyə məcbur olmalıdırlar. Əks halda, AXCP-də də müxtəlif düşüncəli insanlar var... Hansı ki, onların da içərisində istəkləri var. Lakin bu istəkləri çox vaxt partiya onların içərisində boğur. Amma bu, nə vaxta qədər davam edə bilər?! Hələ ki, dözüm nümayiş etdiririk, etdirməkdə davamlıyıq. İndi bizim üçün prioritet məsələ hakimiyyət dəyişikliyidir, kimin namizəd olması indi önəm kəsb etmir. Namizəd üzərində fokuslaşmanı ziyanlı hesab edirik. Bu cür hərəkətlər müxalifətin özünə qarşı yönəlmiş addımlardır. İndi bu addımlar kimlər tərəfindən yönləndirilir, özləri cavabını versinlər. Hələ ki, AXCP səbir nümayiş etdirir, amma səbrin də bir həddi var".
Gördüyünüz kimi artıq iki partiya arasındakı körpülər yanmaq üzrədir. Ekspertlər hesab edir ki, bu dəfə partiyalar yenə üz-üzə gələrlərsə AXCP ciddi problemlərlə üz-üzə qalacaq, hətta siyasi meydanda təklənə də bilər. Buna görə də AXCP hazırda ictimai dəstək alma yolu tutub və bununla yanaşı çalışılır ki, İsa Qəmbəri yenə də müxalifətə xəyanət etməkdə suçlasınlar. Hesab edilir ki, İsa Qəmbər haqqında belə rəy yaratmaqla seçkilərdə Əli Kərimliyə daha ciddi dəstək tapmaq olar. Amma bəzi müşahidəçilər bildirir ki, AXCP düşdüyü vəziyyətdən daha az itki ilə çıxmaq üçün başqa yol da tuta bilər. Bu hansı yoldur? Bildiyiniz kimi 2013-cü il prezident seçkiləri İsa Qəmbər üçün sonuncu seçki olacaq. Digər tərəfdən müxalifətin bu seçkilərdə qələbə qazanması da mümkünsüz görünür. Buna görə ola bilsin ki, Əli Kərimli İsa Qəmbərin namizədliyini dəstəkləməklə əslində 2018-ci il seçkilərində alternativ gücə çevrilmək istəsin. Amma iki partiya arasında, həmçinin partiya sədrləri arasındakı münasibətlər o həddədir ki, Əli Kərimli buna görə elə addım atmaz. Beləliklə ortada yeganə yol qalır, Müsavatla AXCP-in açıq şəkildə savaşa başlamaları.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49