Vidadi İsayev yerli məmurları etiraza sürüklüyür
12:59 31-08-2012
CƏMİYYƏT
Vidadi İsayev yerli məmurları etiraza sürüklüyür
Bərdədə idarə və müəssisə işçilərinin əməyini istismar edirlər
Bərdə şəhərində yenidən təmir-tikinti işlərinə başlanılıb. Rayon əhalisinin böyük hissəsi işsizlik və yoxsulluq şəraitində yaşadığı halda icra başçısı Vidadi İsayevin fəaliyyətini ancaq bu abadlıq və quruculuq işləri üzərində qurması azmış kimi, başlanılan təmir-tikinti tədbirlərində sual doğuran məqamlar da çoxdur. Bu barədə yerli qaynaqlardan daxil olan bilgilərdə vurğulanır.
Əvvəla, artıq 5 gündür ki, Bərdədə “yenidənqurma işləri” adı ilə rayon mərkəzindəki yollar faktiki olaraq bağlanıb və buna görə də şəhərin əsas yollarında tıxaclar yaranır.
İkincisi, bütün yerli idarə və müəssisələrin işçiləri təmizlik və abadlıq işlərinə cəlb olunublar, şəhərdəki şəkillər, onların iştirakı ilə işıq dirəkləri və sair yerlər yenidən rənglənir. “Abadlıq” şəhərin mərkəzi hissəsini əhatə edir, arxa küçələrdə və yollarda bərbad durum yenə qalır.
Üçüncüsü, başqa vaxt sakinlər yolların və digər obyektlərin təmir edilməsi haqda aidiyyəti qurumlara müraciət etsələr də, baxan olmurdu. Amma indi dayanmadan təmir-tikinti işləri aparılır. Bunun səbəbi isə bəlli deyil. Görünür, rayona Bakıdan mötəbər qonaqların gəlməsi, yaxud hansısa mühüm tədbirin keçi rilməsi nəzərdə tutulub və yerli rəhbərliyin canfəşanlığının səbəbi də budur.
Onu da deyək ki, Vidadi İsayevin abadlıq və yenidənqurma tədbirlərinə idarə və müəssisə işçilərini kütləvi qay dada cəlb etməsi ən çox narazılıq yaradan məqamlardan biridir.
Digər Xəbərlər
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44