Səfər Əbiyevin başı bu dəfə Goranboyda dərddə
13:00 31-08-2012
CƏMİYYƏT
Səfər Əbiyevin başı bu dəfə Goranboyda dərddə
Orduda növbəti korrupsiya cinayəti
ortaya çıxdı, nazir vəziyyəti düzəltmək üçün hamıdan qabağa düşdü
Azərbaycan ordusunda korrupsiya ilə bağlı halların geniş yayılması yeni söhbət deyil. Zaman-zaman bununla bağlı iddialar da ortaya çıxır, konkret faktlar da səslənir.
Dünən də bu qəbildən olan məlumat yayılıb. Facebook sosial şəbəkəsində geniş əks-səda yaradan həmin məlumata görə, Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən hərbi hissəsində korrupsiyaya yol verildiyi aşkar olunub.
Məlumatlara görə, cinayətin izinə hərbi hissənin ərzaq təminatında çiddi çatışmazlıqların olduğunun üzə çıxması ilə düşmək mümkün olub. Belə ki, hərbi hissədə əsgərlər faktiki olaraq yarıac, yarıtox hərbi qulluq edirmişlər, bundan onların valideynlərinin də xəbəri varmış. Çox keçmədən isə məlum olub ki, hərbi hissəyə gətirilən ərzaq sonradan hansısa səbəbdən “yoxa çıxır”, buxarlanırmış.
Bundan sonra əsgərlər üçün gətirilən ərzaqların əhəmiyyətli hissəsinin oğurlandığı barədə söz-söhbət yayılmağa başlayıb. Söz-söhbətin avrealı zamanla genişlənib. Hətta bəzi iddialara görə, bir çox əsgərlərin valideynləri hərbi hissədə qida ilə bağlı yaranmış acınacaqlı durum haqqında əlaqədar yerlərə şikayətlər etdikdən sonra məsələyə diqqət artıb. Bundan xəbər tutan Müdafiə Nazirliyinin rəhbərliyi hərəkətə keçib.
Belə ki, birbaşa müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə sözügedən hərbi hissəyə təftişçilər göndərilib. Onların araşdırması sonucunda əsgərlərə çatmalı olan ərzağın mənimsənilərək satıldığı müəyyənləşdirilib.
İddialarda o da deyilir ki, Səfər Əbiyevin olaya dərhal reaksiya verməsinin səbəbi Hərbi Prokurorluğun və digər instansiyaların olaya əl qoymasından əvvəl problemi çözmək imiş. Belə ki, nazir indilərdə özü və ordu ətrafında qalmaqalların ortaya çıxmasında maraqlı deyil. Odur ki, belə situasiyalarda qabaqlayıcı tədbirlərə əhəmiyyət verməyə başlayıb.
Onu da deyək ki, sosial şəbəkələrdə ordu sistemində ortaya çıxan bu yeni cinayət faktı ilə bağlı nazirliyin və nazirin ünvanına sərt tənqidlər səsləndirilir. Bildirilir ki, hazırda faktiki olaraq xeyli sayda hərbi hissədə analoji durum yaşanır və bu, ordunun yarıtmaz idarəçiliyindən doğur.
Qeyd edək ki, dünən Qafqazın ilk hərbi informasiya portalı olan milaz.info da yuxarıda yazdıqlarımızla xeyli səsləşən bir xəbər dərc edərək, yayılan məlumatın doğru olması ehtimalını artırıb. Belə ki, portal hərbi mənbələrdən özəl olaraq aldığı məlumatla təsdiqləyib ki, Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən hərbi hissəsində əsgərlərin ərzaq təminatı ilə bağlı ciddi çatışmazlıqlar yaranıb və bunun hərbi hissədə oğurluq olması səbəbindən ortaya çıxdığı bəlli olub.
Vəziyyətlə bağlı Müdafiə Nazirliyinə məlumat verilib və oğurluq olması səbəbindən ortaya çıxdığı bəlli olub. Portal daha sonra yazır: “Nazirlik dərhal hadisə yerinə komissiya ezam edib. Araşdırmalar nəticəsində bəlli olub ki, hərbi hissənin ərzağı - ət və ət məhsulları, digər məhsullar oğurlanaraq əşya anbarında gizlədilirmiş və oradan da kənara çıxarılıb satılırmış. Müdafiə Nazirliyinin komissiyasında təmsil olunan şəxslər oğurluq halını müşahidə ediblər”.
Portalın məlumtında diqqətçəkən yenilik isə ondan ibarətdir ki, hərbi hissənin ərzaq anbarı rəisi gizir Rəsulov cəzalandırılaraq başqa hərbi hissəyə aşağı vəzifəyə keçirilib. Gizir Rəsulovun Bərdə korpusunun qərargah rəisinin qardaşı olduğu bildirilir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55