İlham Rəhimov təkzib etdi
13:56 01-09-2012
CƏMİYYƏT
İlham Rəhimov təkzib etdi
Son günlər hüquq elmləri doktoru, professor İlham Rəhimovun şəxsi həyatı ilə bağlı bəzi mətbuat orqanlarında həqiqətə söykənməyən, yalan, şantaj dolu məlumatlar yayılır.
Həmin məlumatların birində hətta vurğulanır ki, guya, bu ilin iyun ayının 4-də ailə quran İ. Rəhimovla parlamentin İnsan Haqları komitəsinin sədri Rəbiyyət Aslanova evliliyə son verib.
İ.Rəhimovun mətbuat katibi Xanoğlan Əhmədov baş verənlərə münasibətini bildirərək mətbuatda gedən bu tipli yazıları həqiqətdən uzaq və cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, bütün bunlar kimlərinsə çirkin niyyətinin məhsuludur. Əsil həqiqətsə budur ki, bu gün İlham müəllimlə bağlı mətbuatda yer alan bütün məlumatlar yalandır və onunla hər hansı bir bağlılığı yoxdur. Yalnız bədxahniyyətli insanlar belə yalan məlumatlar yaya bilərlər. Mən qətiyytlə deyirəm ki, bu informasiyalar kökündən yanlışdr və heç bir əsası yoxdur. Belə yalan dolu, qərəzli və böhtan xarakterli məlumatlarla ictimaiyyəti aldatmaq yolverilməzdir. Əgər kimlərinsə bu məsələ ilə bağlı hər hansı şübhələri varsa, həqiqət axtarşına çıxmaq istəyirlərsə, buyurub Nəsimi rayon VVAQ-na müraciət etsinlər,əsil həqiqətin necə olduğunun canlı şahidi olsunlar.
Həmkarlarıma da tövsiyyə edərdim ki, mənasız işlərə baş vurub özlərini çox yormasınlar.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49