Hacıqabulda intihara cəhd edən qadın dünyasını dəyişib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini, 1941-ci il təvəllüdlü B. İbrahimov küçəsi, ev 1/6 ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib. O, bədənin 90%-nin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər. Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.
Faktla bağlı Hacıqabul prokurorluğunda araşdırma aparılır.