Ötən gecə Avstriyanın qərbində bayram şənliyi zamanı atışma baş verib.
Yerli vaxtla gecə saat 3:00 radələrində Nentsinq kommunasında 150 nəfərin iştirak etdiyi şənlikdə 27 yaşlı gənc avtomobilində silahını götürüb və şənlikdə iştirak edənlərə atəş açmağa başlayıb.
Nəticədə 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Daha sonra həmin gənc özünü güllələyib.(APA)