Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 66 166 doğulan körpə qeydə alıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.
Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Bioloji norma isə 105-107 təşkil edir.
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.