Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Qızıldaş qəsəbə parkının yenidənqurulmasından sonra parkın açılışında olub, hazırda qəsəbə şəhidlər kompleksinin təmir işləri ilə maraqlanmış və Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblərlər.

Keçirilən səyyar qəbulda 150-dən çox qəsəbə sakinləri iştirak edib.

Görüşdə iştirak edən qəsəbə sakinləri və qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, Lökbatan-Qızıldaş avtomobil magistral yolunun yenidənən qurulması ilə əlaqədar öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 23 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.