Avqustun 22-23-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar sabahdan başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq.

Bu barədə unikal.org-a Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir.

Nazirliyin dəstəyi ilə baş tutacaq yarmarkalara, təxminən, 35 min baş heyvanın çıxarılması nəzərdə tutulur. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

Satış üçün nəzərdə tutulan 20 min baş heyvan KTN və Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa, KTN-nin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara, təxminən, 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Qeyd edək ki, KTN yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə

Nərimanov rayonu

1.Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2 ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)

2.Əlyar Əliyev küçəsi, 36a ("Təbriz KM, Keşlə bazarı)

3.Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

Suraxanı rayonu

1.Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı

2.Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, "V massivi

Binəqədi rayonu

1.Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)

2.Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu ("Dördyol adlanan yer)

3.Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)

4.Cəfər Xəndan küçəsi, 54, "Oazis restoranının yanı ("Ət pavilyonu adlanan ərazi)

Xətai rayonu

1. Zığ yolu ("Nargilə adlanan yer və 5 saylı binanın yaxınlığında)

Yasamal rayonu

1.Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7

2.Xiyabani küçəsi, 10c

3.Şərifzadə küçəsi 196, "İdeal şadlıq sarayının həyəti

Nizami raronu

1.Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi

2.Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

Səbail rayonu

1.20-ci sahə (Badamdar şosesi)

2.Bayıl bazarı, Gülbala Əliyev küçəsi

Xəzər rayonu

1.Qala-Pirallahı yolu, "Lambir" müəssisənin arxası

Qaradağ rayonu

1. Lökbatan qəsəbəsi ("Meyvəli MMC-nin ərazisi)

2. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)

3. "Qoç-ət MMC , Lökbatan qəsəbəsi
REKLAM

facebook.com

Daha ətraflı
Native Video by Adributor


Sabunçu rayonu

1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, "Arzu şadlıq sarayının yanı

2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, "Sabunçu mərasim evinin yanı

3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, "Pətək marketin yanı

4. Zabrat qəsəbəsi, Azmeat MMC

5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, "Araz marketin yanı

7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

8. Maştağa qəsəbəsi "Kanal marketin yanı

9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi

10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107

11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş "Sərhan marketin yanı

Bölgələr

Gəncə şəhəri

Yeni Gəncə qəsəbəsi, 2â„–-li məktəbin yanı

Neftçala rayonu

1.Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi

2.Xili qəsəbəsi

3.Bankə qəsəbəsi

4.Həsənabad qəsəbəsi

Şamaxı rayonu

1.Şamaxı şəhər stadionun yanı

Göyçay rayonu

Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

İsmayıllı rayonu

1."Yaşıl market

Lənkəran şəhəri

1.Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.

Ağdaş rayonu

1.Zeynəddin kəndi, mal bazarı

Quba rayonu

1.Heydər Əliyev prospekti, "Ət bazarı deyilən ərazidə

Şirvan rayonu

1.18 â„–-li məktəbin həyəti

2.16â„–-li məktəbin həyəti

Şəki şəhəri

Şəki şəhərinin "Çöl yolu adlanan ərazisində yerləşən heyvan satışı bazarı