Bakı Nəqliyyat Agentliyini (BNA) paytaxtın Nəsimi, Səbail və Nəriminov rayonlarında piyada səkilərinin vəziyyəti ilə bağlı təhlil aparıb.
Unikal.org xəbər verir ki, bu barədə qurumun infrastrukturun təşkili şöbəsinin müdiri Fuad İsmayılov Bakıda piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər, aşkar edilən çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində görülən işlərə dair təqdimatda bildirib.
Onun sözlərinə görə, şəhərdə şəkilərin vəziyyəti ürəkaçan deyil: "Səkilər ya zəbt edilib, ya da yaxşı vəziyyətdə deyil. Onların eni 1,5 metrdən az olmamalıdır. Artıq bu istiqamətdə işlər aparılır. Təhlilin nəticələri icra orqanlarına təhvil verilib".