Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı arasında görüş keçirilib.
Bu barədə unikal.org-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı geotermal suların istifadəsi, universitet tələbələri tərəfindən həyata keçirilən start-up layihələri və çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı tədbirlər müzakirə olunub.