Mahmud Kərimova kiçik bir xatırlatma
11:27 05-09-2012
CƏMİYYƏT
Mahmud Kərimova kiçik bir xatırlatma
Özünü və ətrafını qeyri-legitim elan edən AMEA prezidentinin menyusuna!
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bir etirafda bulunub. Əvvəlcədən deyək ki, təqdirəlayiq etirafdır.
Mahmud Kərimov deyib: “AMEA-nın Rəyasət Heyəti (RH) legitimliyini itirib. Buna səbəb AMEA üzvlüyünə seçkilərin hələ də keçirilməməsidir”.
M. Kərimovun sözlərinə görə, AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilər ilin sonuna qədər saxlanılıb: “Bu ilin sonuna qədər seçkilər mütləq keçirilməlidir. Çünki artıq seçkilərin vaxtı çoxdan keçib. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq AMEA Rəyasət Heyəti legitimliyini itirib. Çünki Rəyasət Heyəti üzvlərinin də müddəti bitib. Onlar, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. Bizim də müddətimiz bitib. Demək olar ki, hazırda qeyri-legitim fəaliyyət göstəririk”.
M. Kərimov deyib ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib: “Bəzi institutlarda direktor vəzifələri də boşdur. Bu yerlərə namizədlər məlumdur. Yalnız elan vermək və müsabiqəni keçirmək qalır”.
Bir daha deyək ki, Mahmud Kərimovun legitimliklə bağlı etirafını təqdir edirik. Amma onu da soruşmadan keçmək olmaz: bəs AMEA prezidenti öz açıqlamasında qurultayın yubanmasına niyə aydınlıq gətirməyib? Niyə izah etməyib ki, AMEA-nın qurultayının vaxtının keçməsinə səbəb nədir? Üstəlik, niyə bu qeyri-legitimlik müddəti hələ dörd ay da davam edəcək?
Qoy AMEA prezidenti növbəti açıqlamalarında bu barədə də danışıb bizi bilgiləndirsin. Əks halda onun etirafının heç bir mənası, funksionallığı qalmır.
Murad Can
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12