Türkiyədə Batman vilayətində ailəlikcə köçkün həyatı yaşayan "Erkən yaşlanma xəstəliyinə" tutulan 8 yaşındakı Suriyalı Mehmet Adəm Abdülmecit görənləri təcübləndirməyə bilmir.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşından olduqca böyük görünən Abdülmecit, xəstəliyi səbəbindən çox hərəkət edə bilmir. Xəstə və yaşlı bir insan kimi uzun məsafəli hərəkət edə bilməyən və nəfəs darlığı çəkən, 20 kiloqram ağırlığındakı Mehmet Adəm, xəstəliyini məğlub edə bilmək üçün kömək gözləyir.
Anası Şirin Abdülmecit, məhəllədəki uşaqlar Mehmet Adəmi göründə qorxduqlarını və kimsənin onunla oyun oynamaq istəmədiyini deyib. "Suriyada Mehmet Adəmi həkimə apardıq ancaq çarə tapılmadı. Tez-tez nəfəs darlığı çəkir. Övladım illər keçdikcə yaşlanır. Məhəllədəki uşaqlar onu uşaq olaraq görmədiyi üçün qorxurlar. Suriyada müalicəsini tapa bilmədik, Türkiyədə və ya başqa bir ölkədə bu xəstəliyin çarəsi varsa uşağımın müalicə olmasını və yoldaşlarıyla oyun oynamasını istəyirəm".-deyə uşağın anası insanlardan yardım istəyib.