Bu yaxınlarda Türkiyədə avtobusda bir nəfərin qadına təcavüz etdiyi, sonra qadınlar tərəfindən döyüldüyü barədə məlumat vermişdik.
Təəssüf ki, oxşar hadisə Bakıda da yaşanıb. Amma sonluğu fərqli olub.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, az öncə 77 saylı avtobusda 23-25 yaşlı oğlan gənc qıza qarşı tərbiyəsizlik edib. Amma Türkiyədəki oxşarından fərqli olaraq, onun "qurbanı" susmağa üstünlük verib.
Təcavüzkar da heç bir şey olmamış kimi əlini-qolunu sallayaraq, cəzasız, avtobusdan düşüb, yoluna düzəlib.
Fikrimizcə, belə hallarda ictimaiyyətin diqqətini təcavüzkara cəlb edərək ən azından polisə şikayət etmək olardı.
Gülşən Əbi