Hindstanda dəvə bütün günü 43 dərəcə istidə onu açıq havada çölə bağlayan sahibinin başından dişləyib.
İnsident Radjastan ştatının cənub-qərbindəki Bormer şəhərində baş verib. Ötən həftə Hindistanda istilər rekord həddə - 51 dərəcəyə çatıb.
Dəfə evin həyətinə bağlanıb və bütün günü isti havada qalıb. Sahibi dəvəni açmağı yadından çıxarıb və evdəki qonaqlarla söhbət edəndə qəflətən heyvanın gün altında olduğu xatırlayıb. Kişi dəvəyə yaxınlaşanda ona hücum edib və dişi ilə başından yapışaraq yerə yıxıb. Dəvə sahibini boynundan dişləyəndən sonra yerlə sürüyərək başını qoparıb. (Modern.az)