Azərbaycan alimləri yanacaq qazı istehsal edənilə yeni qurğu ixtira ediblər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. Özü də burada dəniz, suyu kimi tükənməz xammaldan istifadə edilə bilər.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, prosesə uyğun alınmış qaza şətri olaraq "Hidroqaz" adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan "Metan" qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üztəlik ekoloji baxımından da daha təmizdir. Məsələn , "Metan" qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda , "Hidroqaz"la bu proses rahatlıqla həyata keçirilir.