Saxlanılan şəxslər sakinlərə məxsus 600 baş qoyunu sataraq pulunu mənimsəyiblər.
600 baş qoyunu sataraq pulunu dələduzluq yolu ilə ələ keçirən şəxslər saxlanılıb.
Zaqatalanın Suvagil kənd sakinləri Kərim Qaziyev, Məmməd Mülkümov və Ramazan Çobanzadə rayon polis şöbəsinə müraciət edərək bildiriblər ki, heyvan alveri ilə məşğul olan bir neçə şəxs onları aldadıb. Sonuncu dəfə isə ötən ilin avqust və sentyabr aylarında onlardan yenə xırdabuynuzlu heyvanlar alıblar və satdıqdan sonra pulunu gətirib verəcəyini deyiblər. Lakin, heyvanların pulunu sahiblərinə verməyərək mənimsəyiblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sakinlərin etibarından istifadə edərək dələduzluq edən 4 nəfər-32 yaşlı Arzu Alırzayev,35 yaşlı əfqan Təhməzov, 36 yaşlı Mahmud Quliyev və 35 yaşlı Elbrus Xəlilov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki,saxlanılan şəxslər sakinlərə 40 min manta ziyan vurublar.Faktla bağlı cinayət işi başlanılıb.