Bir çox insanın həyatı boyu ən böyük qorxusu yaşlanmaq və bədəninin getdikcə zəifləyərək haldan düşməsidir. Xüsusilə, hüceyrələrin getdikcə məhv olması insan dərisini məhv edir.
Bəzən ağaran saçlarımızı boyamaq müəyyən qədər çözüm ola bilər, amma zaman keçdikcə yaşlanan dərimizi cavan tutmaq üçün alternativ üsullara əl atmalı oluruq. Məsələn, bütün dərimizi örtən ikinci bir dəri olsa necə olardı?
MIT (Masaçussets Texnologiyalar İnstitutu) tərəfindən təqdim edilən yeni kəşf bu fikri reallaşdırmaq üçündür. İnstitutun təqdimatında bu yeni dərinin insanın öz dərisini qoruyaraq, qırışıqlarla bərabər şüalanma və digər təsirlərdən də müdafiə edir. Təbii ki, bütün digər çözümlər kimi bu da müvəqqətidir. Lakin dərinin hazırlandığı material sayəsində insan bədəni uzun müddət zərərli ultrabənövşəyi şüalardan qoruna bilər.