Bu gün BMT-nin İstanbulda keçirilən Humanitar Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün bəzi təfərrüatları məlum olub.
Unikal.org ANS PRESS-in Türkiyə bürosuna istinadən xəbər verir ki, İlham Əliyev Ukrayna dövlət başçısı ilə görüşüb, daha sonra isə Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında görüş keçirib.
"Görüşdə əsasən Dağlıq Qarabağ məsələsinin müzakirə edilib", - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS PRESS-ə deyib.
Onun sözlərinə görə, ikitərəfli görüş çox gözəl və yüksək səviyyədə keçib.