Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
 
A.Neymətulla küçəsindəki 79 saylı binanın 48-ci mənzilində yaşayan 54 yaşlı iş adamı Hacıyev Söhbət Afiyəddin oğlu evdə özünü güllələyib. O, "İnteryer-S" MMC-nin direktoru olub.
 
İlkin məlumata görə, Söhbət Hacıyevin rəhbərlik etdiyi müəssisənin banklara borcu olub. Bir müddət əvvəl şirkət hazırda fəaliyyət göstərməyən banklardan birini kredit borcunun ləğv edilməsi ilə bağlı məhkəməyə də veribmiş. İş adamının intiharına borclarının səbəb olduğu ehtimal edilir.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.