Gəncədə 48 yaşlı dələduz saxlanılıb.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Gəncə və ətraf rayonlarda insanları aldadaraq onların pulunu mənimsəyən 48 yaşlı əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Kifayət Həşimovanı saxlayıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan 48 yaşlı qadın ayrı-ayrı vaxtlarda vətəndaşlara müxtəlif vədlər verərək 20 minə yaxın pul alıb.
Faktla bağlı araşdırma aparılır. Kifayət Həşimovanın başqa dələduzluq əməllərində iştirakı araşdırılır.