Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Özbəkistan küçəsində qeydə alınıb.
Belə ki, Bakı sakini 36 yaşlı Hacı Mürvətov ailə münaqişəsi zəminində həyat yoldaşı 27 yaşlı Günay Muradovaya qol və boyun nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib.
G.Muradova 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
H.Mürvətov saxlanılıb. İstintaq davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl G.Muradova boşanmaq üçün Xətai Rayon Məhkəməsinə müraciət edib.(Report)